RU
13:08
654

"Mercedes" və "İnfiniti" toqquşdu, yaralı var

Gecə saatlarında Tovuzda qəza hadisəsi baş verib.

Rayonun Heydər Əliyev prospektində qeydə alınan hadisədə sürücülərdən biri yüngül xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət səbəb olub. Nəticədə "Mercedes" və "İnfiniti" toqquşub.

Qəza rayon avtovağzalının yaxınlığında baş verdiyindən həmin ərazidə bir müddət avtomobillərin hərəkətində tıxac yaranıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası "Mercedes"in sürücüsü Azər Qasımova ilkin yardım göstərib.

Fakt araşdırılır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ