Sumqayıtda oğurluq edən şəxs saxlanılıb.
7news.Az DİN-nin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr-noyabr aylarında şəhər ərazisindəki həyətyanı sahədən, "Mercedes” markalı avtomobildən, çay evindən, gözəllik salonundan və daha 2 evdən pul, məişət əşyaları, inşaat materialları, su mühərriki oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Adığözəlov tutulub.
7news.Az








