RU
Mercedesin yeni modeli Detroytda debüt edəcək — FOTOLAR
22:45
491

Mercedesin yeni modeli Detroytda debüt edəcək — FOTOLAR

Mercedes-Benz S-Class Coupe Night Edition modeli Detroyt şəhərində keçirilən sərgidə təqdim ediləcək.

Dünyanın lider avtomobil istehsalçısı yeni S-Class Coupe modelinə Night Edition adını verib.

Sifarişlər gələn ilin yanvar ayından götürüləcək. S400 4Matic, S500 4Matic bazasında yığılmış modellər müştərilərə təqdim ediləcək.

Radiatorun şəbəkəsi, ideal arxa görüntünü üçün yan güzgülər, AMG ön və arxa qanadlar, 20 düymlük AMG təkərlər və xüsusi kuzov rəngi yeniliklər arasındadır.

Mühəndislər salona da əl gəzdiriblər. Ağac materialdan hazırlanmış aksesuarlar və idman üslublu sükan alıcıların çox xoşuna gələcək.

S400 4Matic modeli 3 litr həcmli, V6 obrazlı mühərriklə təchiz edilib. Aqreqat 367 at gücü hasil edir. S500 isə 4.7 litr həcmli, V8 obrazlı mühərriklə təchiz edilib. Aqreqat 455 at gücü hasil edir./olke.az

7news.Az

 

 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ