Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.
7News.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:46-da başa çatıb./milli.az
7News.az








