RU
Mərdəkanda analoqsuz rüşvət tələbi - Şikayət
19:56
632

Mərdəkanda analoqsuz rüşvət tələbi - Şikayət

Bakının Mərdəkan kəndində yaşayan Vüqar Əmirov adlı oxucu Politika.Az-a şikayət məktubu yazıb

Onun sözlərinə görə, 8-ci sinifdə oxuyan övladını Türkan qəsəbəsində yerləşən 119 saylı məktəbdən çıxarmaq istəyir. 

Valideyn uşağını yaşadığı Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəmov adına məktəbə qoymaq fikrindədir. Ancaq Mərdəkandakı təhsil ocağının direktoru min cür bəhanə gətirir və uşağı qəbul etmir. 

V.Əmirov qeyd edib ki, məktəb direktoru pul tələb edir: "Mən də rüşvət vermirəm. Direktor bu tələbinə görə məsuliyyət daşıdığını unudub. Görür ki qeyri-rəsmi tələbi keçmir və haqlı olaraq qanunu haqqımı istəyirəm, ayrı bəhanı tapır. 

Guya uşaq ərəb dilini bilmir deyə məktəbə qəbul etmək olmaz. Azərbaycanın dövlət dili ana dilimizdir və təhsil ocaqlarında Azərbaycan dili tədris olunur. Süleyman Rüstəmov adına məktəb rəhbərliyi isə qanunları ayaq altına atıb”. 

Şikayətçi bildirib ki, məsələ barəsində prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova müraciət edib: "Mən müraciətimə müsbət reaksiya olacağına inanıram. Uşağı hələ ki məktəbə qoya bilməmişəm. 

Öz qanuni haqqım yerinə yetirilməsə uşaq təhsilsiz qalacaq. Baxmayaraq ki çox yaxşı oxuyur və dərslərdən yayınması yaxşı hal deyil. İnanıram ki bu barədə ölçü götürüləcək”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ