Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva evə buraxılıb.
Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti hazırda stabildir: “Bugünki konsiliumun gəldiyi qərara görə, xəstənin vəziyyəti yaxşılaşdığından artıq evə buraxıla bilər. Onun qanında artıq zəhərlənmənin göstəriciləri aşkar edilmir”.
Qeyd edək ki, noyabrın 27-də 1936-cı il təvəllüdlü T.Hacıyev və onun həyat yoldaşı Bakı şəhəri, Yasamal rayonunda yaşadğı mənzildə dəm qazından zəhərləniblər. FHN əməkdaşları evə daxil olan zaman T.Hacıyevin cəsədini aşkar ediblər./trend
7news.az








