Təmas xəttində monitorinq aparılması vacibdir.
Berlində səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank Valter Ştaynmayerləgörüşüb.
7news.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən brifinqdə A. Merkel bildirib ki, Almaniya ATƏT-ə sədrlik edən dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və danışıqların bərpasına görə məsuliyyət daşıyır.
Ştaynmayer isə danışıqlar prosesinin bərpası və qoşunların təmas xəttində monitorinqin aparılmasının vacibliyini önə çəkib.
7news.Az








