“Almaniya Böyük Britaniyanı Avropa İttifaqının tərkibində görmək istərdi”.
Belə bir bəyanatla Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə səfər edən Almaniya kansleri Angela Merkel çıxış edib.
Bununla belə, o qeyd edib ki, ölkəsi qurumun əsas prinsiplərinin dəyişdirilməsinin əleyhinədir.
“Britaniyanın Avropa İttifaqı tərkibində mövcudluğunu qoruyub-saxlamaq istəsək də, Avropa İttifaqının diskriminasiyanın olmaması və sərbəst gediş-gəliş kimi əsas prinsiplərini məhdudlaşdırmaq niyyətində deyilik”, - deyə o vurğulayıb.
Merkel əlavə edib ki, məsələ ilə bağlı Avropa İttifaqının sammitində açıq müzakirələr olacaq./apa
7news.az








