RU
Merkel nöqtəni qoydu: ABŞ-ın supergüc olmasına güvənmirik
12:00
311

Merkel nöqtəni qoydu: ABŞ-ın supergüc olmasına güvənmirik

Ölkəmiz ABŞ-la əməkdaşlıq üçün səy göstərməyə davam edəcək, ancaq bundan sonra ABŞ-ın dünya nizamını davam etdirməsinə güvənə bilmərik.

Bunu Almaniya kansleri Angela Merkel bildirib.

Merkel ölkənin daxili və xaricindəki problemlərə rəğmən, missiyasını davam etdirəcəyini söyləyib.

Kansler qeyd edib ki, Trampın Almaniyanın Rusiyanın "əsir"i olması barədə dediklərinə baxmayaraq, ABŞ-la əlaqələr mühüm əhəmiyyət kəsb edir.

ABŞ-ın supergüc olmasına güvənə bilməyəcəklərini deyən Merkel avtomobil idxalı ilə bağlı tətbiq edilən vergilərin də çox təhlükəli vəziyyətə gətirib çıxaracağını vurğulayıb./axar

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ