Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında növbəti telefon danışığı olub.
Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında liderlər Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropa istehlahçılarına çatdırılma mövzusunu, Suriya məsələsini, eləcə də ikitərəfli iqtisadi və siyasi əlaqələri müzakirə ediblər./qafqazinfo
7news.Az








