Almaniya kansleri Angela Merkel 24 sentyabrda keçiriləcək ümumxalq səsverməsi öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Volqast şəhərində görüş keçirib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Merkel səhnəyə çıxarkən ona pomidor atılıb və bir qrup tərəfindən fitə tutulub.
Kanslerin əleyhdarları "Rədd ol Merkel” şüarları səsləndiriblər.
Qeyd edək ki, A. Merkel öncəki günlərdə də eyni halla qarşılaşmışdı.
7news.Az








