İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri Əsəd və tərəfdarlarını hədəfə almır.
7news.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
O bildirib ki, öz xalqına bombalar yağdıran Bəşər Əsəd Suriyada uzun müddət prezident olaraq qala bilməz:
“İŞİD sürətlə irəliləyir. Bu terror qruplaşması Suriya və İraqın bəzi ərazilərində qorxu rejimi yaradıb. İŞİD Avropa üçün birbaşa təhdiddir. Bunan əlavə, miqrantların əksəriyyəti Əsəd rejiminin əlindən qaçaraq Avropaya üz tutur. Əsəd hələ də öz xalqına bombalar atmaqda davam edir. Onun gələcəkdə dövlətin başında olması mümkünsüzdür”.
7news.az








