RU
Merkellə Ərdoğan arasında qalmaqal böyüyür — Kansler coşdu
10:50
418

Merkellə Ərdoğan arasında qalmaqal böyüyür — Kansler coşdu

Almaniyanın baş naziri Angela Merkel Türkiyə hökumətinin ünvanına sərt ittihamlar səsləndirib.

Angela Merkel mətbuata verdiyi açıqlamada bildirib ki, Türkiyə hökuməti ölkəni uçuruma aparır. Onun sözlərinə görə, Ərdoğan hakimiyyəti Türkiyədə demokratiyanı boğur.

"Çox təəssüf ki, dünya artıq Türkiyəni itirib. Avropa Türkiyəsiz daha rahat nəfəs alacaq”, - deyə Merkel bildirib.

Türkiyənin avropa Birliyinə üzv məsələsinə A.Merkel belə cavab verib: "Mən heç vaxt Türkiyənin Avropa Birliyinə üzv seçilməsinə dəstək olmamışam. Mən bu üzvlüyü istəməmişəm və istəmirəm də”.

Ərdoğanın Almaniyada yaşayan türklərə "Türkiyə düşməni partiyalara səs verməyin" çağırışına də münasibət bildirib.

"Türkiyədə insan haqları, demokratiya və azadlıq yoxdur. İnsanlar istəklərini azad şəkildə ifadə edə bilmir. Ərdoğan Almaniyada da antidemokratiya siyasətini yürütmək istəyir. Buna icazə vermərik”, - deyə A.Merkel vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ərdoğan Almaniyada yaşayan türk seçicilərdən 3 partiyaya səs verməməyi istəyib. Ərdoğan deyib: "Almaniyada düşünürlər ki, Türkiyəni tənqid etsək, səs toplaya bilərik. Mən vətəndaşlarıma deyirəm ki, bu partiyaları dəstəkləməyin, Merkelin təmsil olunduğu partiya da, sosial-demokratlar da, "Yaşıllar" partiyası da Türkiyənin düşmənidir". 
Xatırladaq ki, Almaniya Bundestaqına seçkilər 24 sentyabrda keçiriləcək./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ