RU
Mərkəzi Avropa ölkələri sərhəd nəzarətini gücləndirir
14:34
57

Mərkəzi Avropa ölkələri sərhəd nəzarətini gücləndirir


Çexiya, Polşa və Avstriya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Slovakiya sərhədində müvəqqəti nəzarətə başladıqdan sonra Slovakiya da Macarıstan sərhədində nəzarəti gücləndirir.

7NEWS.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan Mərkəzi Avropa ölkələri qeyri-qanuni miqrasiyaya qarşı sərhəd nəzarətini müvəqqəti bərpa ediblər. Slovakiya hökuməti Macarıstanla cənub sərhədinə polis göndərmək qərarına gəlib. Slovakiyanın TASR xəbər agentliyinin məlumatına görə, hökumət cümə axşamı başlayacaq tədbirlərin hələlik 10 gün qüvvədə olacağını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ