RU
Mərkəzi Bank depozit hərracı elan etdi
12:31
641

Mərkəzi Bank depozit hərracı elan etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

7news.Az Mərkəzi Banka istinadən xəbər verir ki, aprelin 30-da keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 10,99% təşkil edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ