RU
Mərkəzi Bankı uçot dərəcəsini artırdı
09:48
716

Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Bank məlumat yaydı.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) 7News.Az-a bildirilib. 

AMB-dən bildirilib ki, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ