Bank may ayının yekunları ilə bağlı hesabatını açıqladı.
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il iyun ayının 1-ə 4 milyard 284,3 milyon dollar təşkil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 4 milyard 146,5 milyon dollar və ya 49,18% azdır.
Bu barədə 7news.Az AMB-yə istinadən xəbər verir.
Bundan başqa, aprel ayı ilə müqayisədə mayda valyuta ehtiyatları 163,7 milyon manat və ya 3,97% artıb.
7news.Az








