RU
Mərkəzi Bankın valyuta ehtiyatları azaldı
16:18
467

Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Bankın hesabatı.

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayının sonunda 6 milyard 245,6 milyon dollar təşkil edib.

Bu barədə bankdan bildirilib.

AMB-nin məlumatına görə, son bir ayda valyuta ehtiyatlarının həcmi 6 milyard 834,6 milyon dollardan 6 milyard 245,6 milyon dollara düşüb. Bu isə təxminən 600 milyon dollar ərimə deməkdir.

Qeyd edək ki, sonuncu dəfə AMB-nin valyuta ehtiyatları 2011-ci ilin sonlarında bu səviyyədə olub.

Məlumat üçün bildirək ki, sentyabrın 1-nə valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollar, avqustun 1-nə isə 8 milyard 501,5 milyon dollar olub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ