Bu koreyalı cütlük sevginin nələrə qadir olduğunu göstərmək üçün maraqlı layihə hazırlayıb.
Danbi Şin Nyu Yorka köçəndən sonra sevgilisi Seok Li Seulda qalıb. Aralarında 11 min kilometr məsafə olmasına rəğmən cütlük qısa müddət sonra sözügedən layihəni hazırlayıb.
“Half&Half” adlı layihədə cütlük yaşadıqları ölkələrdə çəkdikləri şəkilləri birləşdirərək ölkələrarası 14 saatlıq zamanı, mədəniyyət və dil kimi fərqləri göstərməyə çalışıblar./atv
7news.az




















