Namaz qılmağa getdiyi məsciddə cinsi istismara məruz qalıb.
7News.Az xəbər verir ki, Türkiyənin Konya şəhərində 20 yaşlı K.Y adlı gənc qız polisə gedərək məsciddə namaz qılarkən cinsi istismar edildiyi barədə şikayət edib. Belə ki, tələbə qız günorta namazını qılmaq üçün məscidə gedib. Namazdan sonra Qurani-Kərim oxuduğu sırada 60 yaşlarında tanımadığı bir kişi ona yaxınlaşıb.
Kişi gənc qıza əlini uzadaraq onu öpməsini istəyib. Qız qəbul etməyib və kişi ondan mobil nömrəsini istəyib. Qızın narahat olduğunu görsə də, ondan əl çəkməyib. Bu dəfə o qızın kürəyini sığallayaraq zorla yanaqlarından öpüb.
Polis məsciddəki kameraları araşdıraraq həmin şəxsin kimliyini müəyyən edib. Məlum olub ki, həmin şəxs məsciddə təmizlikçi işləyən 60 yaşlı Mazhar adlı şəxsdir. Mazhar məhkəmədə ifadə verərkən etdiklərinin səbəbini "obsesyon xəstəliyi" ilə əlaqələndirib.

7News.Az