Bursada məsciddən ayaqqabı oğurlamağa dadanan oğrunun hərəkətləri müşahidə kamerasına düşüb.
7News.az xəbər verir ki, oğurluq hadisəsi Yavuzselim məhəlləsində Erenler məscidində baş verib.
Camaat ikindi namazını qılmaq üçün məscidə girdikdən sonra oğru fürsətdən yararlanaraq, ayaqqabılara baxmağa başlayır. Bir-bir ayağına geyinib yoxlayır. Öz ölçüsünü tapdıqdan sonra ayaqqabının içini iyləyir və aradan çıxır.
Namazdan sonra ayaqqabılarını tapmayan yerli sakinlərdən biri polisə xəbər verib. Oğrunun axtarışı davam edir.//metbuat
7News.az








