Əfqanıstanda terror aktı törədilib.
7News.Az xarici mətbuata istinadən bildirir ki, naməlum silahlı şəxslər Nanqarhar şəhərindəki məscidlərdən birinə hücum ediblər. Axşam namazı esnasında məscidə daxil olan silahlılar ibadət edən kütləni atəşə tutublar. Hadisə nəticəsində 4 nəfər həlak olub, daha 3 insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Əfqanıstanın təhlükəsizlik əməkdaşlarının verdiyi məlumata görə hələ ki, terror aktını həyata keçirmiş şəxsləri həbs etmək mümkün olmayıb. Onlar naməlum istiqamətdə qaçaraq izlərini itirməyə müvəffəq olublar. Amma hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri də gücləndirilib.








