Ağdamda məsciddən oğurluq edilib.
7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb. Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıblar.
Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma başlanıb.
7news.Az








