Məscidül-Həramın genişləndirilməsi zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Hadisə nəticəsində təqribən 10 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirlir.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.
7news.az










