RU
Məşhəddə məqbərədə ölənlərin sayı artıb, 5 nəfər saxlanılıb  - YENİLƏNİB
18:08
742

Məşhəddə məqbərədə ölənlərin sayı artıb, 5 nəfər saxlanılıb - YENİLƏNİB

Məşhəddə məqbərədə yaralananlardan daha biri həyatını itirib.

Naməlum şəxsin İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücumu zamanı 2 tələbə ölüb, daha 1 nəfər yaralanıb.
İran polisi faktla bağlı 5 nəfəri saxlayıb.



17:05

İranın Məşhəd şəhərində naməlum şəxs İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücum edib.

Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerində olan ziyarətgah xidmətçiləri və əhalinin köməyi ilə hücum edən şəxs saxlanılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ