RU
Məşhur aktrisa:
10:29
1113

Məşhur aktrisa: "Az qala budlarımla adam öldürəcəkdim" - FOTOLAR

Baş rollarını Kris Pratt ilə paylaşdığı "Passengers" (Yolçular) filmiylə gündəmə gələn məşhur aktrisa Cennifer Lourens "The Graham Norton Show" verilişinə qatılıb.

"Oskar" mükafatlı aktrisa film çəkilişi zamanı başına gələnlərdən danışıb. O, etirafları ilə studiyadakıları güldürüb.

"Dəniz kənarındakı qayalıqlarda çəkiliş edirdik. Rejissorlar bizə tapşırıq vermişdilər ki, qayalıqlarda oturmayın. Mən də bunu eşitməmişdim. Qayanın üzərinə çıxıb oturdum. Sonra gördüm ki, ayaqlarım qaşınır, daşlara sürtünərək özümü qaşıdım. Bu anda iri daş parçası altımdan sürüşüb aşağı düşdü. Az qala aşağıdakı turistlərdən biri öləcəkdi. Yaxşı qurtuldum, yoxsa budlarımla adam öldürəcəkdim".

7News.az






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ