Hollivudun qalmaqallı aktrisası Lindsi Loxan Pxuket adasında müsəlman qadınlar üçün nəzərdə tutulan burkini çimərlik geyimində gəlib.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın çimərlikdə belə geyimdə gəlməsi maraq doğurub. İndi pərəstişkarlarını Lindsinin büründüyünü, yoxsa sadəcə fotosessiyaya naminə belə etdiyi sualı düşündürür.
Xatırladaq ki, bu ilin yanvarında Loxan "The Sun” qəzetinə verdiyi müsahibədə islamı qəbul etmək istədiyini etiraf etmişdi, fevralın sonunda isə onu London hava limanında hicabda (islam baş örtüyü) tutublar.
7News.az













