Dünya kinematoqrafının əfsanələrindən biri, Hollivudun sarışın ulduzu Merilin Monronun sonradan çox məşhurlaşmış fotolarından biri neqativləri ilə birlkdə satışa çıxarılıb.
Foto 1949-cu ildə çəkilib.
Həmin ildə 22 yaşı olan aktrisa çox kasıbdı və məhz bu səbəbdən 50 dolların müqabilində çılpaq pozada kamera qarşısında durmağa razılıq vermişdi.
Foto iki il sonra, Playboy jurnalının "Golden Dreams" təqvimində çap olunmuşdu.
Nadir fotonun ilkin satış qiyməti 6 milyon dollardır.
Foto Nyu-Yorkda keçiriləcək hərracda satılacaq./milli
7news.az













