RU
Məşhur aktyor dolanmaq üçün pizza satır - FOTO
10:46
365

Məşhur aktyor dolanmaq üçün pizza satır - FOTO

Suriyada vətəndaş müharibəsindən əvvəl rol aldığı film və seriallar sayəsində ölkəsinin ən məşhur aktyorları arasında adı hallanan Cihad Abdo köçdüyü ABŞ-ın Los-Anceles şəhərində müştərilərə pizza çatdırır.

7News.az Sabah-a istinadən xəbər verir ki, bir neçə il bundan öncə Şam küçələrində pərəstişkarlarının diqqəti səbəbiylə gəzməkdə çətinlik çəkən 54 yaşlı aktyor indi minimum əmək haqqına kuryerlik edərək ABŞ-da yaşamaq üçün mübarizə aparır.

Karyerası boyunca 43 filmdə və bir çox serialda rol alan Abdo Bəşər Əsədlə bağlı olan televiziya proqramlarına qatılmağı rədd etdiyi üçün rəssam və insan hüquqları vəkili olan həyat yoldaşıyla birlikdə ABŞ-a qaçdığını və yeni bir həyat qurduğunu söyləyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ