Türkiyənin məşhur aktyoru İsrafil Köse dünyasını dəyişib.
7News.az xəbər verir ki, bu barədə Cem Yılmaz sosial şəbəkədə məlumat yayıb.
Komediya aktyoru qəzaya düşən İ.Kösenin Haydarpaşa Nümunə Xəstəxanasında öldüyünü qeyd edib:
"Aktyor İsrafil Kosa keçirdiyi yol qəzasından sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin", - deyə C. Yılmaz bildirib.
Xatırladaq ki, Köse ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirmişdi./qafqazinfo
7News.az










