RU
Məşhur aktyor qonşusunu öldürdü
09:31
654

Məşhur aktyor qonşusunu öldürdü

Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Məşhur amerikalı aktyor Rikardo Medina Los-Ancelesdə həbs olunub.

7News.Az “Entertainment Weekly”yə istinadən xəbər verir ki, Rikardo ilə qonşusu Coş Statter arasında qız üstündə mübahisə düşüb və aktyor Coşa qılıncla zərbə endirib.

O, hadisədən sonra təcili tibbi yardım çağırsa da, həkimlər C.Statterin həyatını xilas edə bilməyiblər.

Saxlanılan Rikardo daha sonra məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
 
“Baş verənlərə görə çox təəssüf edirəm. Azadlıqda olduğuma görə xoşbəxtəm, ancaq bütün qəlbimlə Coşun doğmalarının yanındayam”,-deyə aktyor bildirib.

Rikardo Medinanın məhkəmədə dinləmələri başqa bir günə təyin edilib. 

Rikardonun vəkili onun bu hərəkətini “özünümüdafiə” adlandıraraq 1 milyon dollar girov qoymağı təklif edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ