RU
Məşhur aktyoru qardaşı ilə səhv saldılar - Hələ də komadadır - FOTO
12:57
368

Məşhur aktyoru qardaşı ilə səhv saldılar - Hələ də komadadır - FOTO

Uzun müddətdir komada olan türkiyəli məşhur aktyor Kənan İşığın sağalmağı ilə bağlı xəbərlər yayılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşuları məşhur aktyoru Bodrumda yerləşən bağ evində gördüklərini bildiriblər. 

Bu xəbər Kənan İşıq sevənləri sevindirib. Lakin bu sevinc uzun sürməyib. 

Belə ki, insanların gördüyü şəxsin əslində aktyorun qardaşı Prof. Dr. Memet Cengiz Işık olduğu məlum olub. Məhmət Cəngizin qardaşına çox oxşadığı bildirilir. 

Həkimlərin və onun yaxınlarının bildirdiyinə görə, məşhur aktyorun vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik yoxdur.

Xatırladaq ki,Kənan İşıq 4 il əvvəl getdiyi idman zalında saunadan çıxarkən ayağının sürüşməsi nəticəsində yıxılıb başını vurduqdan sonra uzun müddət komada qalıb.
Məşhur aktyoru qardaşı ilə səhv saldılar - Hələ də komadadır - FOTO
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ