RU
Məşhur aparıcıdan Space TV-yə ağır sözlər
14:18
3654

Məşhur aparıcıdan Space TV-yə ağır sözlər

Tanınmış aparıcı Tural Ozan əsəblərini cilovlaya bilməyərək sosial şəbəkədə status yazıb.

7News.Az-ın məlumatına görə, Space TV-də yayımlanan proqramların bayağı olduğunu dilə gətirən tanınmış aparıcı, heç vaxt bu cür proqramlarda aparıcı olaraq yer almaq istəmədiyini bildirib.

Tural Ozan, hər zaman öz nüfuzunu qoruduğunu, hətda onu hansısa televiziya kanalının aparıcısı kimi deyil, şəxsi öz brendliyi ilə tanıdıqlarını da əlavə edib: "Space TV-nin program departamenti və proqram qəbulu elə bil hansısa toy və yas mərasimləri üçün çadırların təşkilatı idarəsidir. Təklif olunan layihə ya toy, palatka olmalı yada ağlamalı ,indeyski formatda olmalıdır. Bir kanalı qaldıran, onu rəqabətdə qoruyub saxlayan proqram departamenti və proqram siyasətidir. Mən indiyə qədər bir çox kanallarda verlişlərim olub, son 3 ildə ise bu kanalla aparıcı olaraq əməkdaşlıq eləmişəm, yəni işçisi olmamışam. Amma inciməsin tamasaçılar mə
ndən mən daha nə bayağı layihə açan deyiləm , nə də 90ci illərin dekorasiyası və formatında verlişdə aparıcılıq etmərəm bunnan sonra. Mənim şəxsi reytinqim hər hansı bu kimi kanalın umumi reytinqinnən, verlişlərinnən daha çoxdu. Çox şükür ki, indiyə kimi heç kim məni aaa filan kanalın aparıcısı deyə tanımır, Tural Ozan deyə tanıyır çünki bunu özüm istəməmişəm. Elediyim layihə nəinki bütün yerli telekanalları əhatə edib, hətta Türkiyədə və başqa ölkələrlə əməkdaşlıq etmişəm.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ