RU
Məşhur azərbaycanlı jurnalist NTV-yə keçdi
15:45
366

Məşhur azərbaycanlı jurnalist NTV-yə keçdi

Teleaparıcı İradə Zeynalova fəaliyyətini Rusiyanın NTV telekanalında davam etdirəcək.


Bu barədə 7News.Az "İnterfax” agentliyinə istinadən xəbər verir. 

"Yaxın vaxtlarda İradə Zeynalova NTV kanalında olacaq”, - deyə mənbə agentliyə bildirib. 

NTV telekanalının mətbuat xidməti aparıcının kanala keçdiyini təsdiqləsə də, onun hansı proqramı aparacağını açıqlamayıb. 

Qeyd edək ki, İradə Zeynalova 2012-ci ildən 2016-cı ilin iyuluna qədər Rusiyanın Birinci kanalında "Voskresnoye Vremya” ("Bazar Zamanı") verilişini aparıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ