Məşhur azərbaycanlı samboçu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.
Məlumata əsasən, azərbaycanlı idmancı 2012-ci ildə kafedə iki nəfərdən, onları ölümlə hədə-qorxu gələrək, 3 milion rubl tələb edib.
Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub./trend
7news.az








