Türkiyədə məşhur televiziya ulduzları Esra-Ceyda bacıları barədə məhkəmə qərar verib.
7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki il davam edən məhkəmə prosesi bu gün başa çatıb.
Xuliqanlıqda günahlandırılan bacılara 4 min türk lirəsi məbləğində pul cəzası verilib.
Qeyd edək ki, Esra-Ceyda bacıları iki il əvvəl “Mənim dünyam” filminin qalasında dava salmışdı. Onlar dəvət olunmadıqları halda məkana girməyə çalışmışdılar. Bu zaman mühafizəçilərin etirazı ilə qarşılaşmışdılar. Bu zaman təqdimat mərasiminin təşkilatçısı ilə bacılar arasında dava olmuşdu. Layihənin meneceri Gizəm. D. bacıları məhkəməyə vermişdi.
7news.az














