RU
Məşhur bloqerlər nə qədər qazanır? - REYTİNQ
17:16
633

Məşhur bloqerlər nə qədər qazanır? - REYTİNQ

YouTube-da ən məşhur videobloqerlərin bu il əldə etdikləri gəlirlərin toplam məbləği 70,5 milyon dollardır.

7News.az Digital Trends-ə istinadən bildirir ki, ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloqer, yəni vloqer isveçli Feliks Çelberqdir. YouTube-da "PewDiePie" niki ilə tanınan bu vloqerin illik gəliri 15 milyon dollardır.

2-ci yeri "Markiplier" nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəlirləri 5,5 milyon dollardır.

Reytinqdə 3-cü yerdə "HolaSoyGerman" nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya 5,5 milyon dollarla qərarlaşıb.

Amerikalı müğənni, komik və aktrisa, "Miranda Sings" kimi tanınan Kollin Bollincer 5 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ