RU
Məşhur boksçunun əzizləri qəzada HƏLAK OLDULAR - FOTO
13:20
338

Məşhur boksçunun əzizləri qəzada HƏLAK OLDULAR - FOTO

Türkiyənin məşhur boksçusu Hüseyin Cinkaranın böyük qardaşı Hasan Cinkara (46) Almaniyada ağır qəzaya düşüb. 

H.Cinkaranın idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Avtomobildə Hasan Cinkaranın 9 yaşlı qızı Sevdanur Cinkara da olub. Qəza nəticəsində ata və bala həlak olublar.

7News.Az Milliyet-ə istinadən xəbər verir ki, qəza keçən cümə günü Almaniyanın Oftersheim şəhərində baş verib. 

 

Almaniyada yaşayan məşhur boksçu Hüseyin Cinkaranın qardaşı və onun azayaşlı qızının ölümü ilə nəticələnən qəzayla bağlı istintaq başlayıb.

Mərhumların cənazələrinin Türkiyəyə gətiriləcəyi deyilir.

7News.Az

 

Məşhur boksçunun əzizləri qəzada HƏLAK OLDULAR - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ