Məşhur britaniyalı aktrisa Liz Smit 95 yaşında vəfat edib.
L.Smit "The Royle Family” və "Vicar of Dibley” kimi məşhur komediya seriallarında rol alıb. Britaniyanın film və televiziya sənətçilərinə verilən məşhur "BAFTA” mükafatına layiq görülüb.
Onu digər aktrisalardan fərqləndirən cəhət isə L.Smitin təqaüdə çıxma yaşında məşhurlaşmağa başlaması olub. Çəkildiyi ilk serialdan sonra yaş həddinə baxmayaraq, bir çox başqa seriallara da dəvət alıb.//Azərtac
7News.az








