Dünyanın ən məşhur əlbayaxa döyüşçülərindən biri, yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu Konor MakQreqorun oğlu olub.
7News.az The Mirror-a istinadən bildirir ki, 28 yaşlı idmançının qeyri-rəsmi nikahda olduğu xanımı Di Devlin İrlandiyanın paytaxtı Dublindəki hospitalda oğlunu dünyaya gətirib.
Konor adı verilmiş uşağın çəkisi 4 kq-dır. O, 10 ildən bəri birlikdə yaşayan Konor MakQreqor və Di Devlinin ilk övladıdır.
Konor MakQreqor ötən ilin noyabrında Eddi Alvaresi nokatua salaraq dünya çepmpionu titulunu qazanıb. O, sentyabrda rinqə qayıdacaq.
7News.az










