RU
Məşhur cərrahın evindən xeyli qızıl apardılar
15:32
801

Məşhur cərrahın evindən xeyli qızıl apardılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elvin və Günəli Əliyevlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış cərrah-transplantoloq Mircəlal Kazımov ifadə verib.

Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini bildirib: "Mənə maraqlı odur ki, bu insanları kim yönəldib, onlara mənim evimi kim istiqamət verib. Həmin adamın adını desinlər. Çünki onların dediklərinin heç biri məntiqlə uyğun gəlmir".

Qeyd edək ki, təqsirləndirilən şəxslər cərrah-transplantoloqun mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar.

Məhkəmə prosesi oktyabrın 20-dək təxirə salınıb./virtual

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ