RU
Məşhur ərəb şeyxinin oğlu qəfildən öldü
18:52
6490

Məşhur ərəb şeyxinin oğlu qəfildən öldü

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi bu gün səhər dünyasını dəyişib.

7News.az Xarici KIV-ə istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoumu ürək tutmasından ölüb. 

Şeyxin oğlu Birləşmiş Krallıqda hərbi akademiyada təhsil alıb. 2008-də ölkənin Olimpiya Komitəsinin prezidenti seçilib. 2010-cu ildə iş qrafikinin sıxlığı ilə bağlı vəzifəsindən istefa verib. O həmçinin ölkənin məşhur idman fiquru kimi də tanınıb. Onun indiyə qədərki ən böyük idman uğuru isə “Doha 2006” Asiya Oyunlarında 2 qızıl medal qazanması olub.

2010-cu iıdə Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib. Forbesin 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ