Bordellər və əxlaqsızlıq məkanları arasında da VİP məkanlar var.
Belə məkanlardan biri ABŞ-ın Nevada ştatında, Las-Veqas şəhərinin yaxınlığındakı "LoveRanch" bordelidir.
"Los-Anceles Leykers" klubunun sabiq ulduzu Lamar Odom məhz bu fahişəxanada koma vəziyyətində tapılmışdı.
"LoveRanch"ın müştəriləri arasında milyonçular, şou-biznes ulduzları var.
"LoveRanch"ın sahibi məşhur sutenyor Dennis Hofdur. Nevada ştatındakı 19 leqal bordeldən 7-si Hofa məxsusdur
"Əsas müştərilərim məşhurlardır. Onlar bordelin arxa qapılarından, tün şüşəli avtomobillərimizdən, helikopterlərimizdən istifadə edirlər. Paparassilərlə də problemim yoxdur. Kimin fotosunun burada çəkilə biləcəyinə mən qərar verirəm. Reportyorlar, hələ ki, sözümdən çıxmırlar", - Nevada ştatının "baş sutenyor"u deyib./milli
7news.az























