Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Andrey Arşavin Almatıda jurnalistin başını qırxıb.
7News.az xəbər verir ki, buna səbəb jurnalist Pyotr Volkovunun Arşavinə mərcdə uduzması olub.
Mərcə görə, Volkov Arşavinin Qazaxıstan çempionatında 8 qoldan artıq qol vura bilməyəcəyini demişdi.
Rusiyalı hücumçu isə 8-ci qolunu vurandan sonra jurnalistin başını şəxsən özü qırxacağını deyib və ona zəng edərək vədinə əməl etməyə çağırıb. Jurnalist sözündən qaçmayaraq Arşavinin köməyi ilə mərcin şərtini yerinə yetirib.
7News.az








