RU
Məşhur futbolçudan İNTİHARA CƏHD
14:02
643

Məşhur futbolçudan İNTİHARA CƏHD

"Qalatasaray"ın keçmiş futbolçusu Emanuel Ebue intihara cəhd edib.

7News.az Milliyet-ə istinadən xəbər verir ki, Ebue Premyer Liqa klubu "Sanderlend"ə transfer olunduqdan sonra FİFA-dan aldığı cəza səbəbiylə pis günlər keçirdiyini və intihara cəhd etdiyini deyib.

Qeyd edək ki, "Qalatasaray"dan "Sanderlend"ə transfer olunarkən Kot-d`İvuar millisinin sabiq futbolçusu keçmiş meneceri Sebastyan Boisso bu transferlə bağlı qaranlıq məqamların olduğu haqda FİFA-ya etiraz etmişdi. Bu səbəbdən Ebueyə FİFA tərəfindən 1 milyon cəza kəsilmişdi. Qeyd edilən məbləği ödəməkdən imtina edən futbolçu 1 il müddətinə yaşıl meydanlardan uzaqlaşdırılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ