İngiltərə Premyer Liqasında yeni mövsümə fantastik başlayan "Tottenhem”in cənubi koreyalı hücumçusu Son Xın Min hərbi xidmətə çağırılır.
London klubunun "Bayer”dən transfer etdiyi koreyalı forvard Premyer Liqada 5 oyunda 5 qol vuraraq diqqətləri üzərinə çəkib.
Cənubi Koreya qanunlarına görə, hazırda 24 yaşı olan Son karyerasının ən yaxşı dövründə - 28 yaşında hərbi xidmətə getməlidir. Onun 21 ay vətənə xidmət etməsi lazımdır. Getməsə onu həbs cəzası gözləyir.
Cənubi Koreyada əsgərlik problemini hərə bir cür yoluna qoyur. Məsələn, sənətçilərdən pop müğənnisi Yoo Sın Yun ABŞ vətəndaşlığını qəbul edərək hərbi xidmətdən canını birdəfəlik qurtarmışdı. /Publika.az
7News.Az








