Milan "İnter"inin futbolçusu Mauro İkardi silahlı soyğuna məruz qalıb.
7news.az anspress-ə istinadən məlumatına görə, iki silahlı şəхs argentinalı futbolçunu soyub.
Gecə yarısı Milanın mərkəzində maşınını saхlayan futbolçuya motosikletlə yaхınlaşan şəxslər hücüm edib. Üzləri bağlı olan soyğunçular ondan pullarını tələb edib.
Polisə ifadə verən İkardi bildirib ki, pulları verməkdən imtina edib. Bu zaman soyğunçular onun "Hublot" markalı saatını alaraq qaçıb.
Faktla bağlı polis araşdırma aparır.
7news.az








