Son zamanlar bir çox uğurlu müayinə və müalicələri ilə sosial mediada adı tez-tez hallanan həkimdən daha bir açıqlama gəldi.
Belə ki, Tərlan Qasımov insanları narahat edən daha bir xəstəliklə bağlı şərh paylaşıb. Şərhi təqdim edirik:
ASKARİD QURDU İNSANDA ÇOX CİDDİ FƏSADLAR VERƏ BİLƏR !
ƏLAMƏTLƏRİ :
• Qarında olan sancılar (xüsusən göbək ətrafı ).Ağrılar birdən-birə başladığı kimi birdən-birə də keçir, yəni epizodik xarakter daşıyır.
• İştahanın pozulması
• Ürəkbulanma, ağız suyunun axması
• Bağırsağın pozulması (ishal, yaxud qəbzlik halları)
• İmmunitetin aşağı düşməsi (tez-tez soyuqdəymə halları)
• Anemiya ( Qan azlığı )
• Allergik əlamətlər
• Nevrotik əlamətlər
Öz şəxsi praktikamda ascaridin çox ciddi psixonevroloji pozuntuya,yaddaş pozğunluğuna, yuxusuzluğa yol açdığının şahidi olmuşam.Bunun səbəbi həmin qurdun ekzotoksinlərinin (ifrazat məhsullarının) mərkəzi sinir sisteminə zədələyici təsiridir.
Həzm sisteminə mənfi təsiri isə bağırsağın selikli qişasında həssaslıq yaratma və selikli qişaya qansızma şəklində özünü göstərə bilir.Daha ağır xəstələrdə bağırsaqda olan çoxsaylı qurdlar topa şəklində tıxanıqlıq (Bağırsaq keçməməzliyi ) yarada bilir. Bu isə artıq əməliyyata göstəriş ola bilər!
7news.az










