Qərb nəşriyyatı məşhur Hollivud aktyoru Coni Deppin həyatının sonuna az qaldığını iddia edib.
7News.Az ölkə.az-a istinadən bildirir ki, 56 yaşlı heç vaxt davranışlarında nümunə olmayıb. Lakin son vaxtlar bu iş təmamilə əndazəsindən çıxıb. Qərb mətbuatı isə buna səbəb kimi onun spirtli içkilərdən həddən artıq istifadə etdiyini göstərib.
İddiaya görə, "Karib dənizinin quldurları" nın ulduzu, qırmızı xalçaya belə sərxoş vəziyyətdə çıxıb.
Bu yaxınlarda aktyor 24 yaşlı Sankt-Peterburqlu sevgilisi, rəqqasə Polina Qlenlə ayrılıb. Qız bunun səbəbi kimi Deppin keçmiş həyat yoldaşı Ember Herdlə uzanan məhkəmə prosesini göstərib.
Ember Deppi özünə qarşı fiziki zorakılıq və alkoqolizmdə günahlandırıb. Keçmiş həyat yoldaşının bu iddiaları aktyorun nüfuzuna böyük xələl gətirib. Ancaq media Depp və Qlenin ayrılmasının əsl səbəbinin alkoqolizm və aktyorun aqressiyasını göstərib.
Qərb nəşriyyatı isə aktyorun bu cür həyat tərzinə davam edəcəyi təqdirdə, Milada qədər yaşamayacağını yazır.
7News.Az








