Bu yaxınlarda "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə "Facebook” səhifəsində maraqlı paylaşım edib.
7news.Az xəbər verir ki, paylaşım "Cinemazadeh” studiyasında məşhur prodüser Martin Skorsezenin Azərbaycan dilində dublyaj olunmuş "Pazman şeytanı” ("Qan bahasına”) filmi haqqındadır.
Zaur Darabzadə insanları Azərbaycanda kino sənayəsinin inkişafında aktiv rol oynamağa, Azərbaycan dilini inkişaf etdirmək və hörmətlə yanaşmağa təşviq edirdi.
Qeyd edək ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsi 2016-cı ildən "Cinemazadeh” dublyaj studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş "Hamıya qarşi”, "İsra və sehirli kitab”, "Qonşu”, "Amerika Pastoralı” və "Bəd Santa” kimi filmlərin nümayişinə başlayıb.
7news.Az








